“Araz-Naxçıvan” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında mübarizə aparıb.
İdman.biz xəbər verir ki, təmsilçimiz "Aris"in qonağı olub.
Saloniki şəhərində keçiriləcək qarşılaşmaya Elmar Baxşıyevin komandası üstün çıxıb. Bakıda keçirilmiş ilk oyunda 2:1 hesabı ilə qalib gələn komandamız səfərdə üstünlüyü qoruya bilib. Fasiləyə kimi iki dəfə fərqlənən "Araz-Naxçıvan" ikinci hissədə azlıqda qalıb. Nəticədə "Aris"in gücü hesabı bərabərləşdirməyə çatıb.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
31 iyul
22:15. “Aris” (Yunanıstan) - “Araz-Naxçıvan” (Azərbaycan) - 2:2
Qollar: Fabiano,62. Monçu, 90 - Çarles Boli, 11. Felipe Santos, 38 (p.)
Baş hakim: Devid Dikinson (Şotlandiya)
"Aris": 21. Lovro Maykiç, 27. Noa Fadiqa, 4. Fabiano Leys24. Leysmann (k), 24. Pedro Alvaro, 37. Hamza Mendil, 28. Dudu, 10. Uroş Raçiç, 8. Monçu, 70. Yannis Gianniotas, 18. Olimpiu Morutan, 80. Loren Moron
Baş məşqçi: Marinos Ouzounidis
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 4. İqor Ribeyro, 3. Bəxtiyar Həsənalızadə, 77. Bruno Aleksandre, 6. Patrik Andrade, 19. Bar Kohen, 29. Vanderson, 10. Felipe Santos, 70. Çarles Boli, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev
Saloniki. Kleantis Vikelidis stadionu.
İlk oyun - 1:2
Qeyd edək ki, "Araz-Naxçıvan"ən növbəti rəqibi "Omoniya" (Kipr) olacaq.
İdman.biz