AFFA-dan "Karvan-Yevlax" və "İmişli" klublarına bir mövsümlük MÖHLƏT

Xəbərlər
31 İyul 2025 13:43
51
AFFA-dan "Karvan-Yevlax" və "İmişli" klublarına bir mövsümlük MÖHLƏT

AFFA I liqadan Premyer Liqaya yüksəlmiş "Karvan-Yevlax" və "İmişli" klublarına məşqçilərlə bağlı bir mövsümlük möhlət verib.

İdman.biz xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

AFFA İcraiyyə Komitəsinin 14 mart 2025-ci il tarixli iclasında 2025/2026-cı illər mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilməsi ilə bağlı qərar qəbul edilmişdi.

Bu qərara əsasən, son 3 mövsümdə Premyer Liqada çıxış etməmiş və son mövsümün nəticələrinə əsasən 1-ci liqadan Premyer Liqaya yüksəlmiş klublara bir mövsümlük möhlətlər tətbiq edilir:

1. Klubların nəzdində çalışan məşqçilər üçün Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş Məşqçilik ixtisası dərəcələri bir kateqoriya aşağı məqbul hesab edilir (UEFA C kateqoriyadan aşağı olmamaq şərti ilə)

2. U-16, U-17, U-19 və əvəzedici komandaları liqalarda iştirak etməyə bilər.

İdman.biz