“Şkendiya”nın baş məşqçisi: "Qarabağ” ciddi və yaxşı təşkilatlanmış komandadır"

Xəbərlər
31 İyul 2025 14:33
60
“Şkendiya”nın baş məşqçisi: "Qarabağ” ciddi və yaxşı təşkilatlanmış komandadır"

“Növbəti rəqibimiz olan “Qarabağ” komandasına mütləq hörmətlə yanaşmalıyıq".

İdman.biz xəbər verir ki, bu barədə Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqççisi Jeton Beqiri Çempionlar Liqasının II təsnifat mərhələsinin FCSB-yə qarşı səfər matçından (2:1, ilk oyun 1:0) sonra 3-cü turdakı rəqibi “Qarabağ” haqda danışarkən deyib.

Mütəxəssis Ağdam təmsilçisini müsbət xarakterizə edib: "Bu, FCSB kimi ciddi və yaxşı təşkilatlanmış komandadır. Mənim və futbolçularım üçün əsas məsələ formamıza hörmətlə yanaşıb maksimum gücümüzü sərf etməkdir. Sonrasını meydandakı oyun göstərəcək”.

Qeyd edək ki, “Şkendiya” ilə “Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaqlar. İlk matç avqustun 5-i Şimali Makedoniyada, cavab görüşü avqustun 12-si Bakıda keçiriləcək.

İdman.biz