“Neftçi” Belçika klubunun hücumçusu ilə maraqlanır

Xəbərlər
30 İyul 2025 10:21
45
“Neftçi” Belçika klubunun hücumçusu ilə maraqlanır

"Neftçi" heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

İdman.biz xəbər verir ki, Sport24.az "ağ-qaralar"ın maraqlandığı forvardlardan birini dəqiqləşdirib.

Bu, hazırda Belçikanın "La Louviere" komandasında çıxış edən Mouhamed Belkheirdir.

Fransa və Əlcəzair vətəndaşı olan 26 yaşlı forvardı daha bir neçə klub izləyir. Bu səbəbdən "ağ-qaralar"ın transferi gerçəkləşdirməsi azalır. Çünki Səudiyyə Ərəbistanının "Ər-Riyad" klubu oyunçuya görə 1.5 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Mouhamed Belkheir 2024-cü ildən Belçika təmsilçisinin formasını geyinir.

İdman.biz