Çempionlar Liqası: "Reyncers" və "Zalsburq" mərhələ adlayıb

Xəbərlər
31 İyul 2025 00:57
70
Çempionlar Liqası: "Reyncers" və "Zalsburq" mərhələ adlayıb

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində son 10 qarşılaşma keçirilib.

Azərbaycan çempionu "Qarabağ" "Şelburn"u mübarizədən kənarlaşdırıb. Təmsilçimizin növbəti mərhələdəki rəqibi Rumıniyanın FCSB klubunu hər iki oyunda məğlub edən "Şkendiya" (Şimali Makedoniya) olub.

"Reyncers" "Panatinaikos"la dueldə qalib gəlib. "Viktoriya Plzen" isə evdə uduzduğu "Servett"i səfərdə artıqlaması ilə məğlub edib.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
30 iyul
20:00. “Qarabağ” (Azərbaycan) - "Şelburn" (İrlandiya)- 1:0

İlk oyun: 3:0
21:00. "Malmö" (İsveç) - RFS (Latviya) - 1:0
İlk oyun: 4:1
21:30. FCSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) - 1:2
İlk oyun: 0:1
21:30. "Ludoqorets" (Bolqarıstan) - "Riyeka" (Xorvatiya) - 1:1, ə.v. 2:0
İlk oyun: 0:0
22:00. "Ferentsvaroş" (Macarıstan) - "Noa" (Ermənistan) - 4:3
İlk oyun: 2:1
22:00. "Makkabi Təl-Əviv" (İsrail) - "Pafos" (Kipr) - 0:1
İlk oyun: 1:1
22:45. "Panatinaikos" (Yunanıstan) - "Reyncers" (Şotlandiya) - 1:1
İlk oyun: 0:2
22:30. "Breydablik" (İslandiya) - "Lex" (Polşa) - 0:1
İlk oyun: 0:7
22:45. "Zaltsburq" (Avstriya) - "Brann" (Norveç) - 1:1
İlk oyun: 4:1
23:00. "Servett" (İsveçrə) - "Viktoriya Plzen" (Çexiya) - 1:3
İlk oyun: 1:0

Qeyd edək ki, bir gün öncə mərhələ adlayan 5 klub dəqiqləşib.

İdman.biz