"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
İdman.biz xəbər verir ki, Azərbaycan çempionu İrlandiyanın "Şelburn" klubunu qəbul edib.
Səfərdə 3:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin Tofiq Bəhramov adına Respublika stadionunda da qələbə qazanıb. Oyuna rahat çıxan çempionumuz tək qolla qalib gəlib. Rəqib komanda fasiləyə yaxın topu öz qapısından keçirib. Fasilədən sonra Kadi hesabı artırmaq üçün yaxşı şans qazansa da, o penaltini dəqiq yerinə yetirə bilməyib.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. "Qarabağ" (Azərbaycan) - "Şelburn" (İrlandiya) - 1:0
Qol: Con Martin, 44 (avtoqol)
Baş hakim: Andrea Kolombo (İtaliya)
"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalho, 20. Kadi, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 10. Abdullah Zoubir (k), 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov
"Şelburn": 13. Spil, 4. Ledvic, 5. Çapman, 8. Koyle (k), 10. Martin, 11. Odubeko, 15. Bone, 17. Kelly, 18. Norris, 23. Makİnroy, 24. Templ
Baş məşqçi: Coy O’Brayen
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun: 3:0
Qeyd edək ki, "Qarabağ" mərhələ adlayacağı halda FKSB (Rumıniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu klubların ilk matçında şimali makedoniyalılar 1:0 hesabı ilə qələbə qazanıblar.
İdman.biz