"Şelburn"un baş məşqçisi Bakıda məğlub olmaq istəmir

Xəbərlər
29 İyul 2025 19:42
45
"Şelburn"un baş məşqçisi Bakıda məğlub olmaq istəmir

"Sabahkı oyuna normal rejimdə hazırlaşırıq".

İdman.biz xəbər verir ki, bunu "Şelburn"un baş məşqçisi Cozef O'Brayen Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunundan əvvəl keçirilmiş mətbuat konfransında deyib.

O, cavam matçı məğlubiyyətlə barışmayacaqlarını bildirib: "Özümüzə inanırıq və oyundan həzz almağa çalışacağıq. İstəyirik ki, hər şey bizim xeyrimizə olsun. Düşünürük ki, stadionda ab-hava əla olacaq - məhz bu bizə lazım olan şeydir".

Qeyd edək ki, Dublində keçirilən ilk oyunda “Qarabağ” 3:0 hesabı ilə qalib gəlib. Cavab oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da baş tutacaq.

İdman.biz