2026-cı il dünya çempionatının qrup mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi məkan və vaxtı məlum olub.
İdman.biz xəbər verir ki, tədbir dekabrın 5-də Las-Veqasda baş tutacaq.
Püşkatma heç bir oyuna ev sahibliyi etməyəcək şəhərin "Sfera" zalında baş tutacaq. Təxminən 17,5 min tamaşaçı tutumuna malik olan zal dünyanın ən böyük sferik quruluşlu kompleksidir. 50 min kvadratmetrdən çox sahəsi olan məkan unikal ekranla təchiz olunub.
Qeyd edək ki, DÇ-2026-da 48 komanda iştirak edəcək. İyunun 11-dən iyulun 19-dək keçiriləcək turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Sonuncu dünya çempionu 2022-ci ildə final matçında penaltilər seriyasında fransızlardan güclü olan Argentina komandasıdır.
İdman.biz