Çempionlar Liqası: Kimlər mərhələ adlayacaq?

Xəbərlər
29 İyul 2025 09:33
53
Çempionlar Liqası: Kimlər mərhələ adlayacaq?

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsində növbəti matçlar keçiriləcək.

İdman.biz xəbər verir ki, cavab oyunları çərçivəsində 5 qarşılaşma təşkil olunacaq.

İlk qarşılaşmalarda qələbə qazanan komandalarının növbəti mərhələyə vəsiqə qazanacağını proqnozlaşdırmaq olar.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
29 iyul
19:00. "Kayrat Almatı" (Qazaxıstan) - KuPS (Finlandiya)

İlk oyun: 0:2
22:00. "Drita" (Kosovo) - "Kopenhagen" (Danimarka)
İlk oyun: 0:2
22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Hamrun" (Malta)
İlk oyun: 3:0
23:00. "Srvena Zvezda" (Serbiya) - "Linkoln" (Cəbəllütariq)
İlk oyun: 1:0
22:15. "Zrinski" (Bosniya və Herseqovina) - "Slovan Bratislava" (Slovakiya)
İlk oyun: 0:4

Qeyd edək ki, mərhələnin digər oyunları iyulun 30-da olacaq. İlk görüşdə İrlandiyanın "Şelburn" klubuna 3:0 hesabı ilə qalib gələn "Qarabağ" da cavab qarşılaşmasını sabah keçirəcək.

İdman.biz