Cəlilabadın baxımsız qalan stadionu yararsız halda - VİDEO

Xəbərlər
27 İyul 2025 11:23
160
Cəlilabadın baxımsız qalan stadionu yararsız halda - VİDEO

Baxımsız qalan stadionda ağaclar bitib.

İdman.biz Cenublu.az-a istinadən xəbər verir ki, Cəlilabadın mərkəzi futbol stadionu uzun müddətdir ki, ürək ağrıdan vəziyyətdədir.

Bir vaxtlar izdihamların yaşandığı bu məkanda indi azarkeşlər üçün nəzərdə tutulmuş oturacaqlar yararsız hala düşüb.

Hətta bəzi ərazilərdə baxımsızlıqdan kol-kos və ağac da bitib. Ötən əsrin 70-ci illərində inşa olunmuş arenada ara-sıra regional futbol yarışları keçirilsə də, buranın infrastrukturu artıq, demək olar ki, tamamilə yararsız haldadır.

Rayon sakinləri stadionun müasir standartlar əsasında qurulmasının vacib olduğunu bildirirlər. Onların fikrincə, bu, bölgədə futbolun inkişafına da öz töhfəsini verə bilər.

İdman.biz