Sadiq Quliyev “Səbail”də

29 İyul 2025 13:09
386
Sadiq Quliyev “Səbail”də

Yeni mövsüm üçün heyətini formalaşdıran “Səbail” daha bir transferini rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, I Liqa iştirakçısı son olaraq “Turan Tovuz”da çıxış etmiş Sadiq Quliyevlə anlaşıb.

30 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

İdman.biz