“Qarabağ”dan ayrılan hücumçu “Sumqayıt”da

Xəbərlər
28 İyul 2025 11:12
48
“Qarabağ”dan ayrılan hücumçu “Sumqayıt”da

"Qarabağ"dan ayrılan futbolçu Rüstəm Əhmədzadənin yeni klubu bəlli olub.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu karyerasını "Sumqayıt"da davam etdirəcək.

Artıq forvardla anlaşma əldə olunub. O, "gənclik şəhəri" təmsilçisinin Qəbələdəki düşərgəsindədir.

Qeyd edək ki, Rüstəm Əhmədzadə son olaraq icarə əsasında "Zirə"nin formasını geyinib.

İdman.biz