Saşa Yunisoğlu: “Hayduk” keçilməz rəqib deyil”

Xəbərlər
27 İyul 2025 22:09
34
Saşa Yunisoğlu: “Hayduk” keçilməz rəqib deyil”

“Klublarımız üçün uğurlu həftə oldu. 4 oyuna 3 qələbə və 1 heç-heçə gözəl nəticədir. Lakin rahatlaşmaq olmaz".

İdman.biz xəbər verir ki, bunu milli komandanın sabiq futbolçusu Saşa Yunisoğlu Futbolpress.az-a açıqlamasında avrokuboklarda ilk oyunlarına çıxan Azərbaycan klubları barədə danışarkən deyib.

O bildirib ki, Avropada asan oyun olmur və cütlərin taleyi ikinci oyunlardan sonra bilinəcək: “Qarabağ” və “Sabah”ın səfərdə qələbə qazanmaları ümid verir. Qeyri-adi bir şey baş verməzsə, hər iki klubumuz növbəti mərhələyə yüksələcək.

“Araz-Naxçıvan”ın oyunu gözəl alındı. Qol buraxmalarına baxmayaraq, xarakter göstərib, layiqli qələbə qazandılar. Cavab oyununda da azı belə istək və əzmkarlıq göstərə biləsələr, növbəti mərhələyə keçə bilərlər.

“Zirə” heç-heçə etməsinə baxmayaraq, pis təsir bağışlamadı. Düzdür, “Hayduk” çox yaxşı komandadır və cavab görüşünü azarkeşləri qarşısında oynayacaq. Buna baxmayaraq, düşünürəm ki, “Hayduk” keçilməz rəqib deyil və “Zirə” səfərdə istədiyi nəticəni əldə edə bilər”.

İdman.biz