"Qarabağ"ın yeni transferi: "Möhtəşəm qələbə ilə başladıq" - FOTO

Xəbərlər
27 İyul 2025 20:54
38
"Qarabağ"ın yeni transferi: "Möhtəşəm qələbə ilə başladıq" - FOTO

"Qarabağ"ın yeni transferi Pedro Bikalyo rəsmi debütü ilə bağlı sosial şəbəkədə paylaşım edib.

İdman.biz xəbər verir ki, braziliyalı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Şelburn"la (0:3) görüşü barədə yazıb.

Pedro yeni yolda ilk addımı atmaqdan məmnunluğunu ifadə edib: "Yaxşı başlanğıc! "Qarabağ"ın forması ilə ilk oyuna çıxmaq şərəfinə nail oldum. Ən əsası odur ki, möhtəşəm qələbə ilə başladıq. Komandama töhfə verməkdən və yeni yolda bu ilk addımı atmaqdan məmnunam. Biz diqqətimizi cəmləyirik, çox çalışırıq və həmişə daha çoxunu istəyirik. Birlikdə irəliləyirik".

Qeyd edək ki, Azərbaycan çempionu 24 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalayıb. Pedro karyerası ərzində "Kruzeyro", "Palmeyras", "Vitoriya", "Santa Klara" və "Alverka" klublarında oynayıb.

İdman.biz