“Qarabağ”ın daha bir futbolçusu sıradan çıxıb

Xəbərlər
27 İyul 2025 17:17
54
“Qarabağ”ın daha bir futbolçusu sıradan çıxıb

“Qarabağ”ın futbolçusu Dani Bolt sıradan çıxıb.

İdman.biz xəbər verir ki, bu barədə Teleqraf-a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev bildirib.

26 yaşlı müdafiəçi “Şelbrun”la İrlandiyada keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnib.

Bolt komandasının 3:0 hesabı ilə qələbə qazandığı görüşün 76-cı dəqiqəsində əvəzlənib.

Dani Bolt iki həftə bərpa prosesi keçəcək. Eyni matçda onunla birgə meydanı tərk edən Leandro Andradenin isə zədəsi ciddi deyil. O, Şelburn”la iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab matçında iştirak edə biləcək.

Qeyd edək ki, “Qarabağ”ın digər futbolçusu Marko Yankoviç zədə səbəbindən “Şelburn”la ilk oyunda iştirak etməyib. O, cavab qarşılaşmasında da meydanda olmayacaq.

İdman.biz