“Hayduk” ilk oyunda ümidverici nəticə (1:1) əldə edib, amma eyni zamanda ilk oyunda iki fərqli hissə gördük".
İdman.biz xəbər verir ki, bunu xorvatiyalı futbol mütəxəssisi Branko Karaçiç "jutarnji.hr" saytına UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” - “Zirə” matçını şərh edərkən deyib.
O, hər iki komandanın məhələni keçmək şanslarının 50:50-yə olduğunu vurğulayıb: "Birinci hissədə “Zirə” güclü idi. “Hayduk” ikinci hissədəki oyununu təkrarlaya bilməyəcəkmi? – bu barədə narahatlıq olmalıdır. O hissədə onlar çox istəkli idilər, xüsusən də cinah oyunçuları – Sigurdan Hrgoviçə qədər və gözlənilmədən çox keyfiyyətli çıxış edən gənc Skoka. Ən çətin mövqe olan mərkəz müdafiəçisi mövqeyində isə gənc Skelin bu qədər vacib oyunda çox yaxşı təsir bağışladı. Lakin “Hayduk” indiyə qədər bizi çox məyus edib, ona görə də onları açıq-aşkar favorit adlandırmazdım. Amma nəticə ümidvericidir və inanıram ki, qazandıqları bu şansı istifadə edəcəklər. Onların keçmək şansları 50:50-dir”.
Qeyd edək ki, “Hayduk” - “Zirə” cavab qarşılaşması iyulun 31-də keçiriləcək.
İdman.biz