"Karvan" Elvin Yunuszadənin keçidini açıqlayıb

25 İyul 2025 14:26
220
"Karvan" Elvin Yunuszadənin keçidini açıqlayıb

"Karvan" heyətini daha bir futbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın növbəti transferi Elvin Yunuszadə olub. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 32 yaşlı mərkəz müdafiəçisi son olaraq “Qəbələ” klubunda forma geyinib.

İdman.biz