“Səbail” 2025/2026-cı il mövsümü üçün növbəti transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümü “Karvan”da keçirmiş Emil Qasımovla 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı hücumçu Yevlax təmsilçisinin heyətində 1-ci Liqada 15 qolla ən məhsuldar 2-ci futbolçu olub.
İdman.biz
