Baş məşqçisi Kriştiano Ronaldo haqqında: "O, dahidir, ən məşhurdur" - VİDEO

Xəbərlər
24 İyul 2025 13:13
68
Baş məşqçisi Kriştiano Ronaldo haqqında: "O, dahidir, ən məşhurdur" - VİDEO

Jorje Jezuş Səudiyyə Ərəbistanında rəhbərliyi altında çıxış edəcək Kriştiano Ronaldonu “qlobal miqyasda şəxs” adlandırıb.

İdman.biz xəbər verir ki, bu yay portuqaliyalı mütəxəssis heyətində məşhur futbolçu həmyerlisinin də çıxış etdiyi “Əl-Nəsr”in baş məşqçisi təyin olunub.

Jezuş RTP-yə müsahibəsində Ronaldonun fərqli biri olduğunu dilə gətirib: "Onun 40 yaşı var, amma hələ də oynayır. Futboldan kənar düşüncələrimiz çox oxşardır. Mənim də 70 yaşım var, amma bunu nə psixoloji, nə də fiziki olaraq hiss edirəm.

Ronaldo qlobal miqyasda bir şəxsdir. Biz Portuqaliyada onun dəyərini necə qiymətləndirəcəyimizi bilmirik. O, dahi biridir. Ən məşhur şəxsdir.

Kriştianonun məşhurluğu futboldan çox-çox kənara çıxır".

İdman.biz