"Neftçi"nin yollarını ayırmaq istədiyi Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirə bilər.
İdman.biz Apasport.az-a istinadən xəbər verir ki, Samir Abasovun sərəncamında görmək istəmədiyi Şeydayev "Serik Belediyyespor"un transfer siyahısında yer alıb.
Türkiyə I Liqasında çıxış edəcək klub Ramilin xidmətində maraqlıdır. Məsələ burasındadır ki, Antalya təmsilçisinin əslən Azərbaycandan olan yeni sahibi Tufan Sadıqov komandada azərbaycanlıların forma geyinməsinə müsbət yanaşır.
Artıq klub millimizin sabiq üzvü Sertan Taşkını heyətinə qatıb. Şeydayevi isə maliyyə məsələsində razı salmaq lazım gələcək. Əgər bu baş verərsə, Ramil "Serik Belediyyespor"a keçəcək.
Əks halda, o, maliyyə şərtləri daha yüksək olan "Neftçi"də qalacaq.
Qeyd edək ki, 29 yaşlı futbolçunun "Neftçi" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
İdman.biz