Çempionlar Liqası: II təsnifat mərhələsində son oyunlar

Xəbərlər
23 İyul 2025 10:51
57
Çempionlar Liqası: II təsnifat mərhələsində son oyunlar

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsində növbəti matçlar keçiriləcək.

İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində daha 2 qarşılaşma baş tutacaq.

Günə Norveçdə start veriləcək, İrlandiyada yekun vurulacaq. Dublindəki görüşdə Azərbaycan çempionu yerli “Şelburn”la üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
23 iyul

21:00. "Brann" (Norveç) - "Zaltsburq" (Avstriya)
22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan)

Qeyd edək ki, mərhələnin 13 oyunu bir gün öncə keçirilib.

İdman.biz