"Hayduk"un baş məşqçisi: "Zirə" avrokuboklardakı çətin rəqiblərdən biridir"

Xəbərlər
22 İyul 2025 19:33
72
"Hayduk"un baş məşqçisi: "Zirə" avrokuboklardakı çətin rəqiblərdən biridir"

"Zirə" avrokuboklardakı güclü rəqiblərdən biri hesab olunur.

İdman.biz Report.az-a istinadən xəbər verir ki, bunu Xorvatiyanın "Hayduk" klubunun baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.

Ispaniyalı mütəxəssis Bakıdakı ilk qarşılaşmadan qələbə ilə ayrılmaq istədiklərini söyləyib:"Avrokuboklar mövsümü başlayıb və biz rəqabət aparmağa hazırıq. "Zirə" avrokuboklarda güclü rəqiblərdən biridir. Sabah yaxşı nəticə əldə etmək istəyirik. Biz yeni komanda hesab olunur. Rəqib komandanın baş məşqçisi Rəşad Sadıqov uzun illərdir orada çalışır. Bu isə o deməkdir ki, komanda artıq nə istədiyini bilir".

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da "Polyud Stadium"da start götürəcək.

İdman.biz