"Qarabağ"ın rəqiblərinin oyununda minimum hesablı qələbə

23 İyul 2025 00:54
289
"Qarabağ"ın rəqiblərinin oyununda minimum hesablı qələbə

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.

İdman.biz xəbər verir ki, ilk oyun günündə 13 qarşılaşma baş tutub.

Azərbaycan çempionu "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibləri Şimali Makedoniyanın "Şkendiya" və Rumıniyanın FCSB klubları ilk duellərinə çıxıb. Şimali Makedoniyada baş tutan oyun meydan sahiblərinin minimum hesablı qələbəsi ilə başa çatıb.

Günün ən fərqli nəticəsi Polşada qeydə alınıb. "Lex" İslandiya çempionunun qapısından 7 cavabsız top keçirib.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
22 iyul

19:00. "KuPS Kuopio" (Finlandiya) - "Kayrat Almatı" (Qazaxıstan) - 2:0
20:00. "Linkoln" (Cəbəllütariq) - "Srvena Zvezda" (Serbiya) - 0:1
20:00. "Noa" (Ermənistan) - "Ferentsvaroş" (Macarıstan) - 1:2
21:00. RFS (Latviya) - "Malmö" (İsveç) - 1:4
21:00. "Hamrun" (Malta) - "Dinamo" (Kiyev, Ukrayna) - 0:3
21:00. "Pafos" (Kipr) - "Makkabi Təl-Əviv" (İsrail) - 1:1
21:00. "Kopenhagen" (Danimarka) - "Drita" (Kosovo) - 2:0
21:00. "Viktoriya Plzen" (Çexiya) - "Servett" (İsveçrə) - 0:1
22:00. "Şkendiya" (Şimali Makedoniya) - FCBC (Rumıniya) - 1:0
22:15. "Slovan Bratislava" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina) - 4:0
22:30. "Lex" (Polşa) - "Breydablik" (İslandiya) - 7:0
22:45. "Riyeka" (Xorvatiya) - "Ludoqorets" (Bolqarıstan) - 0:0
22:45 "Reyncers" (Şotlandiya) - "Panatinaikos" (Yunanıstan) - 2:0

Qeyd edək ki, "Qarabağ"ın İrlandiyanın "Şelburn" klubu ilə ilk oyununu iyulun 23-də keçirəcək.

İdman.biz