Saul Niges "Atletiko" ilə müqaviləni ləğv edərək "Trabzonspor"a keçir?

Xəbərlər
21 İyul 2025 10:35
146
Saul Niges "Atletiko" ilə müqaviləni ləğv edərək "Trabzonspor"a keçir?

İspaniyalı yarımmüdafiəçi Saul Nigesin "Atletiko"dan ayrılaraq "Trabzonspor"a keçəcəyi gözlənilir.

İdman.biz xəbər verir ki, bu barədə insayder və jurnalist Fabrizio Romano X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb.

Bildirilir ki, Türkiyə klubu Nigeslə müqaviləni gələn həftə rəsmən elan edəcək.

Qeyd edək ki, Saul 2012-ci ildən Madrid komandasında çıxış edir. Yarımmüdafiəçi “Atletiko”nun heyətində 427 oyun keçirib, 48 qol vurub və 26 məhsuldar ötürmə edib. O, Madrid klubunun tərkibində İspaniya çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb, iki dəfə Avropa Liqasının, bir dəfə isə UEFA Superkubokunun qalibi olub. 2024/2025 mövsümündə ispaniyalı "Sevilya"da icarə əsasında çıxış edib.

İdman.biz