Messi Ronaldonu qabaqlayıb

Xəbərlər
20 İyul 2025 17:40
37
Messi Ronaldonu qabaqlayıb

Lionel Messinin yer aldığı "İnter Mayami" səfərdə "Nyu York Red Bullz"u 5:1 hesabı ilə darmadağın edib.

İdman.biz xəbər verir ki, qarşılaşma ABŞ MLS-nin müntəzəm mövsümünün növbəti turu çərçivəsində "Red Bull Arena"da keçirilib.

Qarşılaşmada argentinalı forvard dubla imza atıb. O, 60 və 75-ci dəqiqələrdə rəqibin qapısına yol tapıb.

Bu, ulduz futbolçunun karyerasında penaltilər istisna olmaqla 763-cü və 764-cü qol olub. Messi bununla hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayan Kriştianu Ronaldonu (763) qabaqlayıb.

İdman.biz