UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelbrun” (İrlandiya) - “Qarabağ” oyununun biletləri tükənib.
İdman.biz İrlandiya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 5750 tamaşaçı tutumuna malik “Tolka Park” stadionunda keçiriləcək qarşılaşmanın bütün biletlər artıq satılıb.
“Şelburn” - “Qarabağ” matçı iyulun 23-də Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Cavab oyun isə iyulun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
İdman.biz