"Barselona"nın hücumçusu Robert Levandovski Polşa millisinə Yan Urbanın baş məşqçisi təyin olunmasından sonra yenidən bu komandada çıxışını davam etdirəcək.
İdman.biz xəbər verir ki, Goal.pl saytı 36 yaşlı polşalı hücumçunun milliyə qayıtmaq qərarı verdiyini bildirib.
O da qeyd olunur ki, Levandovskinin dönüşü heç bir əlavə şərtlə, o cümlədən kapitan sarğısı ilə bağlı tələblə əlaqəli olmayacaq. Bu məsələ nəzərdən keçiriləcək, lakin futbolçu bu barədə heç bir tələb irəli sürməyib.
Qeyd edək ki, daha əvvəl Levandovski kapitanlıq sarğısının əlindən alınmasından sonra əvvəlki baş məşqçi Mixal Probejə olan "etimadın itməsinə" görə millidə oynamaqdan imtina etmişdi. Daha sonra Probej də komandadan ayrılmışdı.
İdman.biz