"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bəlli olub

Xəbərlər
17 İyul 2025 00:46
82
"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu “Şelburn”la münasibətlərə aydınlıq gətirəcək.

İrlandiya təmsilçisi turnirin ilk təsnifat mərhələsində “Linfild”dən (Şimali İrlandiya) güclü olub. Öz meydanında 1:0 hesabı ilə qalib gələn "Şelburn" səfərdə heç-heçəyə nail olub - 1:1.

Qeyd edək ki, "Qarabağ"ın İrlandiya çempionu arasında mərhələnin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması isə 30-da baş tutacaq.

İdman.biz