Azərbaycan millisinin qapıçısı Yusif İmanov karyerasını ölkəmizdə davam etdirmək istəmir.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, gənc qolkiper ölkə xaricinə yollanmaq niyyətindədir.
İmanov hazırda özünə klub axtarır. O, bu məqsədlə agentləri də məlumatlandırıb. "Çərçivə qoruyucusu" istəyinə çata bilməsə, Premyer Liqada onun xidmətində maraqlı olan klublar var.
Qeyd edək ki, Yusif İmanov son olaraq "Sabah"da çıxış edib. O, Bakı təmsilçisi ilə müqaviləni birtərəfli qaydada pozub.
İdman.biz