Azərbaycan klubu Portuqaliyadan futbolçu gətirir

Xəbərlər
14 İyul 2025 18:40
51
Azərbaycan klubu Portuqaliyadan futbolçu gətirir

Misli Premyer Liqasına yeni vəsiqə qazanan "İmişli" heyətinə daha bir legioner cəlb edə bilər.

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, bölgə təmsilçisinin maraqlandığı futbolçu qanalı Yav Mosesdir.

"İmişli" hazırda Portuqaliyanın aşağı liqa təmsilçisi olan "Torreense"də çıxış edən 26 yaşlı yarımmüdafiəçi ilə danışıq aparır.

O, bu kluba 2024-cü ildə "Aruka"dan keçmişdi.

İdman.biz