Klublararası dünya çempionatının simvolik komandası açıqlanıb - FOTO

Xəbərlər
14 İyul 2025 17:27
54
Klublararası dünya çempionatının simvolik komandası açıqlanıb - FOTO

FİFA klublararası dünya çempionatının simvolik komandası açıqlanıb.

İdman.biz xəbər verir ki, siyahıda ən çox futbolçu ilə çempion "Çelsi" təmsil olunub.

"11-liy"ə finalçı PSJ, yarımfinalçılar - "Fluminense" ilə “Real Madrid”dən, həmçinin 1/4 finalçı “Əl-Hilal”dan da oyunçular daxil edilib.

Qapıçı: Yassin Bunu (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı)

Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos (hər ikisi PSJ, Fransa), Tiaqo Silva (“Fluminense”, Braziliya), Mark Kukurelya (“Çelsi”)

Yarımmüdafiəçilər: Vitinya (PSJ), Entso Fernandes (“Çelsi”), Pedru Netu (“Çelsi”)

Hücumçular: Koul Palmer (“Çelsi”), Xon Arias (“Fluminense”), Qonsalo Qarsiya (“Real Madrid”, İspaniya).

Qeyd edək ki, “Çelsi” finalda PSJ-yə 3:0 hesabı ilə qalib gəlib.

İdman.biz