"Zirə"dən ayrılacağı gözlənilən legionerlərlə bağlı AÇIQLAMA

Xəbərlər
14 İyul 2025 12:19
43
"Zirə"dən ayrılacağı gözlənilən legionerlərlə bağlı AÇIQLAMA

"Zirə" komandadan ayrılacağı gözlənilən futbolçular - Salifu Suma və Rafael Utziqin durumuna aydınlıq gətirib.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a "qartallar"ın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə açıqlama verib.

Klub rəsmisi braziliyalı hücumçu Utziqin hələ də təlim-məşq toplanışına qatılmadığını deyib: "Hər ikisi bizim futbolçumuzdur. Rafael Utziq düşərgədə deyil. Bu oyunçularla bağlı hər hansı yenilik olacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, Salifu Suma ilə Avropanın bir neçə klubu maraqlanır. Onun yayda başqa komandaya keçəcəyi gözlənilir. Rafael Utziq isə "Zirə" tərəfindən transferə çıxarılıb.

Daha əvvəl Bakı təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov düşərgəyə qoşulmayan oyunçunun cərimələnəcəyini söyləyib.

İdman.biz