Asiyanın ən güclü klubları - Eddi İsrafilovun komandası, "Traktor" və başqaları

Xəbərlər
13 İyul 2025 12:33
42
Asiyanın ən güclü klubları - Eddi İsrafilovun komandası, "Traktor" və başqaları

IFFHS-in yeni reytinqinə əsasən, 2025-ci il klublararası dünya çempionatında 1/4 finala çıxmış "Əl-Hilal" Asiyanın ən güclü komandasıdır.

İdman.biz xəbər verir ki, reytinqdə son bir ildəki nəticələr nəzərə alınıb.

Hesabında 211,75 xal olan "Əl-Hilal" dünya klubları arasında isə 54-cüdür.

Səudiyyə Ərəbistanının digər təmsilçisi, heyətində Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" isə 141 xalla Asiyada 5-ci, dünyada isə 124-cüdür.

Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - Malayziya çempionu "Johor Darul Ta'zim" 102,25 xalla qitədə 14-cü, dünyada isə 205-ci yerdədir.

Asiyada 21-ci, dünyada 260-cı mövqedə qərarlaşan İran çempionu "Traktor"un isə 86,75 xalı var.

İdman.biz