Lui van Qal xərçəng xəstəliyindən sağalıb - VİDEO

Xəbərlər
12 İyul 2025 09:40
55
Lui van Qal xərçəng xəstəliyindən sağalıb - VİDEO

Niderland millisinin sabiq baş məşqçisi Lui van Qal xərçəngindən sağalıb.

İdman.biz xəbər verir ki, bunu ESPN telekanalına təcrübəli mütəxəssisin özü deyib.

O bildirib ki, xərçəng artıq onu narahat etmir: “İki il əvvəl bir neçə dəfə əməliyyat olundum. Əvvəlcə hər şey pis idi, amma nəticədə hər şey yaxşı oldu və indi özümü yaxşı hiss edirəm. Hər bir neçə aydan bir müayinədən keçirəm və hər şey yaxşıdır”.

Qeyd edək ki, Van Qal 2022-ci ildə prostat vəzi xərçəngindən əziyyət çəkdiyini açıqlamışdı.

İdman.biz