UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bakıda “Zirə” ilə "Hayduk” (Xorvatiya) arasında təşkil olunacaq ilk görüşün hakimləri müəyyənləşib.
İdman.biz xəbər verir ki, oyun Yunanıstandan olan hakimlər briqadasına tapşırılıb.
Qarşılaşmanın baş hakimi Xristos Varqetis olacaq. Ona Andreas Fotopulos və Konstantinos Staykos kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anastasios Papapetru yerinə yetirəcək.
Qeyd edək ki, mərhələnin ilk oyunu iyulun 23-də Bakıda, cavab görüşü isə ayın 31-də Spilit şəhərində keçiriləcək.
İdman.biz