"Real"ın mundialdan qazancı məlum olub

Xəbərlər
11 İyul 2025 17:40
35
"Real"ın mundialdan qazancı məlum olub

"Real"ın klublararası dünya çempionatındakı çıxışına görə qazandığı mükafatın məbləği məlum olub.

İdman.biz xəbər verir ki, "Kral klubu" mundialda yarımfinaladək irəliləyərək orada PSJ-yə 0:4 hesabı ilə məğlub olub.

"Mundo Deportivo"nun məlumatına görə, "Real" bu turnirdən 74,4 milyon avro qazanıb. Onlardan 31,4 milyonu sadəcə iştirak üçün alınıb. Qrupda “Paçuka” və “Zalsburq” ilə oyunlardakı qələbələrin hərəsinə görə 3,7 milyon avro, “Əl-Hilal”la heç-heçəyə görə isə 925 min avro əldə edilib.

1/8 və 1/4 finallarda “Yuventus” və “Borussiya Dortmund” üzərində qələbələrə görə “Real”, müvafiq olaraq, 23,8 milyon və 19,5 milyon avro qazanıb.

İdman.biz