“Sabah”ın sabiq baş məşqçisi, rusiyalı Murad Musayev Azərbaycan klubuna gəlişini xatırlayıb.
İdman.biz xəbər verir ki, Rusiyada "Krasnodar"a çempionluq qazandıran mütəxəssis "Sport-Ekspress" nəşrinə ölkəmizdə işlədiyi müddətdə başına gələnləri danışıb.
“Aleksandr Storojukun "Krasnodar"dan istefasından sonra klubdan dəvət alsanız da, niyə qayıtmadınız?” sualına o, belə cavab verib: "Artıq "Sabah"da işləyirdim. Klubda yaxşılığa doğru böyük dəyişikliklər gedirdi, rəhbərlik vəd etdiyi hər şeyi yerinə yetirirdi. Baza tikilirdi, stadion yenidən qurulurdu. Ən əsası isə komanda çox gözəl futbol oynayırdı. İçəridə elə birlik var idi ki, hər məşqdən belə həzz alırdıq!
Azərbaycanda yaxşı insanlarla əhatə olunmuşdum, ona görə gedə bilməzdim. Komandanı gümüş mükafatçı edəndən, avrokuboklara aparandan və müəyyən mərhələni başa vurandan sonra artıq başa düşürdüm ki, gedə bilərəm. Amma bu təklif gələndə bacarmadım. Nə qədər yaxşı təkliflər olsa da, həmin mövsümü bitirməliydim”.
İdman.biz