London "Arsenal"ı "Liverpul"un hücumçusu Olivia Smiti 1 milyon funt-sterlinqə (1,16 milyon avro) almaqla qadın futbolunda ən bahalı transfer rekorduna imza atacaq.
İdman.biz xəbər verir ki, bu barədə Britaniyanın məşhur “The Guardian” nəşri məlumat yayıb.
Bildirilib ki, qadın futbolu tarixində heç vaxt bir futbolçu üçün bu qədər məbləğ ödənilməyib.
“Liverpul” Smiti 2024-cü ildə "Sportinq"dən 50 min funt-sterlinqə transfer edib. 20 yaşlı futbolçu İngiltərə Qadınlar Super Liqasında debüt mövsümündə 20 matçda 7 qol vurub.
Qeyd edək ki, Smit 2019-cu ildən Kanada millisinin də formasını geyinir.
İdman.biz