Milli komandaların FİFA reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, Azərbaycan yığması yeni siyahıda 122-ci pillədə qərarlaşıb.
Komandamızın hesabında 1148 xal var. Fernandu Santuşun yetirmələri ötən siyahı ilə müqayisədə 3 pillə geriləyib. Yığmamız 2,64 xal itirib.
Buna iyunda keçirilən yoldaşlıq oyunları səbəb olub. Millimiz evdə Macarıstana 1:2 uduzub, səfərdə Latviya ilə qolsuz heç-heçə edib.
Qeyd edək ki, siyahıya Argentina başçılıq edir (1885,36).
İdman.biz