“Karvan” “Səbail”dən ayrılan futbolçu ilə güclənib

Xəbərlər
8 İyul 2025 13:04
38
“Karvan” “Səbail”dən ayrılan futbolçu ilə güclənib

"Karvan" növbəti transferini rəsmiləşdirib.

Klubdan İdman.biz-ə verilən məlumata görə, Yevlax təmsilçisi "Səbail"dən ayrılan futbolçu Süleyman Əhmədovu heyətinə qatıb.

26 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Karvan" 2024/2025 mövsümündə I Liqada üçüncü yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb.

İdman.biz