Stepan Tomas: “Hayduk” – “Zirə” oyununda şanslar bərabərdir"

Xəbərlər
7 İyul 2025 12:59
58
Stepan Tomas: “Hayduk” – “Zirə” oyununda şanslar bərabərdir"

Xorvatiya millisinin sabiq futbolçusu, karyerası ərzində Türkiyənin “Fənərbaxça” və “Qalatasaray” kimi məşhur komandalarında oynamış Stepan Tomas UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Hayduk” və Azərbaycanın “Zirə” kollektivləri arasında keçiriləcək oyunlar barədə danışıb.

İdman.biz xəbər verir ki, 49 yaşlı mütəxəssis AZƏRTAC-a eksklüziv açıqlamasında Xorvatiya təmsilçisinin ötən ilə nisbətən dəyişdiyini bildirib: “İtaliyalı məşhur veteran futbolçu Cennaro Qattuzo baş məşqçi postundan ayrıldıqdan sonra ispaniyalı Qonzalo Qarsiya bu vəzifəyə gətirildi. “Hayduk”un heyətində yaxşı futbolçular var. Əlbəttə ki, komandada müəyyən dəyişikliklər olub. “Zirə”yə gəlincə, bu kollektiv barədə məlumatım yoxdur. Sadəcə, ötən il UEFA Konfrans Liqasında “Osiyek”lə oyunlarını izləmişəm. Azərbaycan təmsilçisi penaltilər seriyasında rəqibini məğlub edərək növbəti raunda vəsiqə qazanmışdı. Bu matçda isə şansların bərabər olduğunu düşünürəm”.

Qeyd edək ki, "Zirə" "Hayduk"la ilk oyunu iyulun 23-də evdə, cavab matçına isə iyulun 31-də səfərdə keçirəcək.

İdman.biz