Neymar dördüncü dəfə ata olub

Xəbərlər
6 İyul 2025 15:53
43
Neymar dördüncü dəfə ata olub

Braziliyalı hücumçu Neymar iyulun 5-də dördüncü dəfə atalıq sevincini yaşayıb.

İdman.biz xəbər verir ki, bununla bağlı onun həyat yoldaşı Bruna Biankardi sosial şəbəkə hesabında paylaşım edib.

Yeni doğulmuş qız uşağına Mel adı verilib.

Təbriklərə qoşulan azarkeşlər və həmkarları "Santos"un A Seriyasında "Palmeyras"a qarşı oyun üçün (13 iyul) yeni doğulan körpənin şərəfinə artıq xüsusi pankart hazırlayıblar.

Qeyd edək ki, ulduz futbolçunun ən böyük oğlu Davi Lukka 14 yaşındadır. Onun Mavi və Maevi adlı daha iki qızı var.

İdman.biz