Azər Salahlı rəsmən "İmişli"də - VİDEO

Xəbərlər
4 İyul 2025 20:38
51
Azər Salahlı rəsmən "İmişli"də - VİDEO

Misli Premyer Liqanın debütantı "İmişli" növbətini transferini açıqlayıb.

İdman.biz xəbər verir ki, bölgə təmsilçisi Azər Salahlı ilə 1 illik müqavilə imzalayıb.

Son mövsümü "Neftçi"də keçirmiş müdafiəçi sosial şəbəkədə xüsusi hazırlanmış videoçarxla təqdim olunub.

Qeyd edək ki, 31 yaşlı futbolçu Azərbaycan çempionatlarında 200 matçda 9 qola imza atıb. O, “Neftçi”də 77 (3 qol), “Şamaxı”da 62 (4 qol), “Sumqayıt”da 55 (2 qol), “Qarabağ”da 6 oyun keçirib.

İdman.biz