"Kəpəz"dən ayrılan Rauf Hüseynli: "Bunun cavabı Adil Şükürovdadı"

Xəbərlər
3 İyul 2025 15:37
78
"Kəpəz"dən ayrılan Rauf Hüseynli: "Bunun cavabı Adil Şükürovdadı"

"Kəpəz"dən ayrılan Rauf Hüseynli bir neçə klubla danışıq aparır.

İdman.biz xəbər verir ki, 25 yaşlı futbolçu bu barədə Sport24.az-a açıqlama verib.

O bildirib ki, "Kəpəz"lə şərtlərdə anlaşa bilməyiblər: "Ona görə ayrıldıq. "Kəpəz"in Premyer Liqada qalmasında mənim də rolum olub. Məni niyə saxlamadılar? Bunun cavabı Adil Şükürovdadı. Premyer Liqa klublarının bir neçəsi ilə danışıqlar gedir. Hələ ki, rəsmiləşməyib. Gözləyirik".

Qeyd edək ki, Hüseynli ötən mövsüm "Kəpəz"in heyətində 27 oyuna çıxıb.

İdman.biz