"Beşiktaş"ın yeni mövsümdə heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı bəlli olub.
İdman.biz xəbər verir ki, İstanbul klubu “Milan”dan Noa Okafora elçi düşüb.
“Ağ-qaralar”ın Nigeriya əsilli isveçrəli hücumçusu üçün danışıqlara başladığı da bildirilir. Transferlə bağlı yekun qərar İtaliya klubundan asılı olacaq. 2023-cü ildə Avstriya "Zalsburq"undan 15,5 milyon avroya alınan Okafor dəyərini 2,5 milyon avro itirib.
Qeyd edək ki, Noa ötən mövsümün ikinci yarısını icarə əsasında "Napoli"də keçirib.
İdman.biz