"Kəpəz" iki futbolçusu ilə müqavilə müddətini uzadıb

Xəbərlər
29 İyun 2025 16:44
39
"Kəpəz" iki futbolçusu ilə müqavilə müddətini uzadıb

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" iki futbolçu ilə müqavilə müddətini yeniləyib.

İdman.biz xəbər verir ki, ötən mövsümdən Gəncə təmilçisində çıxış edən Mahamadu Ba və Paçu Lira ilə 2 illik anlaşma imzalanıb.

Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.

İdman.biz