Vaqif Sadıqov: "İmişli"nin orta sıralarda yer alması belə çətin olacaq"

Xəbərlər
27 İyun 2025 13:11
34
Vaqif Sadıqov: "İmişli"nin orta sıralarda yer alması belə çətin olacaq"

"Klubların əsas vəzifələri yerli futbolçular və məşqçilər yetişdirmək olmalıdır".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.

Məşqçilər Komitəsinin sədri elitaya vəsiqə qazanan "İmişli"nin baş məşqçi postuna portuqaliyalı Xorxe Kaskilyanın gətirilməsinə münasibət bildirib: "Bu mövsüm "İmişli" hansı hədəflə Premyer Liqada çıxış edəcək? İlk ildən avrokuboklarda çıxış etmək məqsədi olmayacaq. "İmişli"nin orta sıralarda yer alması belə çətin olacaq. Bunu gənc mütəxəssis, komandanı elitaya daşıyan Fərid müəllimlə etmək olardı. Bu tək "İmişli"yə aid deyil. Ortabab komandalar böyük büdcəsi olan klublarla rəqabət aparmaq istəyirlər. Aşağı büdcəsi olanlar isə Premyer Liqada yerini qoruyub, Azərbaycan futboluna futbolçu və məşqçi bəxş etməlidir. Hər dəfə bunu deyirəm, görünən mənzərə isə tam fərqlidir. Amma seçim ediblərsə, yolları açıq olsun. Biz nə istəyirik ki? Hər bir komanda çempionatda rəqabət apara bilsin. Bundan bəhrələnən Azərbaycan futbolu olacaq".

Qeyd edək ki, Xorxe Kasqilyaya indiyədək "Santa Maria", "Valdevez", "Merelinense", "Moreyrense", "Leyxoeş", "Uniao Leyria", "Akademiko Viseu", "Uniao Madeyra", "Jil Visente", "Kova Piedade" və "Trofense" klublarını çalışdırıb.

İdman.biz