"Neftçi"nin futbolçusu Bassala Sambu sosial şəbəkə hesabında paylaşım edib.
İdman.biz xəbər verir ki, Seneqal əsilli ingiltərəli hücumçu yeni mövsümün hazırlıqlarına başlamalarına diqqət çəkib.
İlk məşqdən fotolar paylaşan Sambu qarşıdakı futbol ilindən uğurlu nəticələr gözlədiyinə də işarə vurub: “Yeni başlanğıc, eyni səylə çalışmaq və dəyişməyən xəyal”.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.
İdman.biz