Mahir Emrelinin dəyəri 200 min avro artıb

Xəbərlər
26 İyun 2025 13:13
62
Mahir Emrelinin dəyəri 200 min avro artıb

Mahir Emrelinin transfer dəyəri artıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin hücumçusunun qiyməti “Transfermarkt”da 1 milyon avroya (1,974 milyon manat) yüksəlib.

Almaniyanın 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”ə keçən 28 yaşlı futbolçunun dəyəri 200 min avro artıb.

Qeyd edək ki, Emreli yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

İdman.biz