"Sabah"da növbəti əcnəbi AYRILIĞI

Xəbərlər
26 İyun 2025 18:46
31
"Sabah"da növbəti əcnəbi AYRILIĞI

"Sabah"da növbəti ayrılıq dəqiqləşib.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, Yusif İmanov, Namiq Ələskərov, Şakir Seyidov və Con İrasabaldan sonra Sofian Çakla da klubdan uzaqlaşdırılıb.

Yeni baş məşqçi Valdas Dambrauskasun qərarına əsasən, müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

Mərakeşli legioner 2023-cü ilin yayından klubda çıxış edirdi. Sofian Çakla arxada qoyduğumuz mövsüm meydana çıxdığı 29 matçda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Sabah" karyerasında keçirdiyi 70 görüşdə adına 5 qol, 2 məhsuldar ötürmə yazdırıb.

İdman.biz